1. Ana səhifə/
  2. Mədəniyyət/
  3. İncəsənət/
  4. Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

İncəsənət

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

Müəllif: Bakuvian Style · 57 dəqiqə əvvəl

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

Teatr repertuarı genişdir. Bəzi əsərlər var ki, onları canlı səhnədə izləmək əvəzsizdir. Azərbaycanda teatr və opera repertuarında qarşılaşa biləcəyiniz beş fərqli əsəri sizin üçün müəyyənləşdirdik.

Teatr əsərləri haqqında danışanda çox vaxt “klassik” sözü hər şeyi izah edən bir etiketə çevrilir. Halbuki bir əsəri klassikləşdirən onun köhnə olması deyil. Belə əsərlər yüz illər sonra belə aktual qalır, bəziləri isə musiqisi, aktyor oyunu və səhnə atmosferi ilə kitablardan tamamilə fərqli təsir bağışlayır.

Burada qeyd edəcəyimiz əsərlər də məhz bu meyar əsasında seçilib. Əgər teatrla münasibətinizi seçmə tamaşalarla başlamaq istəyirsinizsə bu siyahı sizin üçün başlanğıc nöqtəsi ola bilər.

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

1. Notre Dame de Paris

Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” əsəri əsasında səhnələşdirilən bu deyəndə ilk ağla gələnlərdən biri Esmeralda və Kvazimododur. Amma səhnədə bu hekayə yalnız sevgi və faciə haqqında olmur.

Burada sosial, dini və ictimai mövzular, o cümlədən qarşılıqsız sevgi, din və insan təbiətinin ahəngi, güc və cəmiyyətin fərqli olana münasibəti kimi məsələlər ön plana çıxır.

Əsərin səhnə versiyasının əsas üstünlüyü isə atmosferdir. Parisin orta əsr dünyasını kitabda təsəvvür edə bilərsiniz, amma səhnədə musiqi, dekorasiya, işıq və aktyor oyunu həmin dünyanı qarşınızda canlandırır.

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

2. Hamlet

“To be, or not to be” — bu cümləni demək olar ki, hamı eşidib. İndi isə “Hamlet”i səhnədə, bacarıqlı bir aktyorun canlandırması ilə görməyin necə bir təcrübə olduğunu təsəvvür edir.

Hamlet atasının ölümündən, anasının yeni evliliyindən və əmisinin hakimiyyətə gəlməsindən sonra intiqam, şübhə və vicdan arasında qalır. Əsərin ən maraqlı cəhəti isə budur: Hamlet sadəcə intiqam alan qəhrəman deyil, o, hər şeyi sorğulayır. İnsanlara, hakimiyyətə, sevgiyə və hətta öz qərarlarına belə mühakiməli tərzdə yanaşır.

Səhnədə isə bu tamaşanın bütün yükü aktyorun üzərinə düşür. Eyni mətn fərqli Hamlet aktyorlarının ifasında tamamilə başqa hiss yarada bilər. Buna görə də Hamlet, teatrın aktyor mərkəzli gücünü görmək üçün ən yaxşı başlanğıclardan biridir.

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

3. Leyli və Məcnun

“Leyli və Məcnun” bu klassik sevgi hekayəsi müxtəlif yazıçı və şairlərin dilində fərqli koloritlərə bürünüb. Üzeyir Hacıbəyovun 1908-ci ildə yaratdığı opera əsəri isə Azərbaycan musiqi tarixində xüsusi yer tutur və muğam ənənəsini opera ilə bir araya gətirir.

Süjet ilk baxışda sadə görünür: Leyli və Məcnun bir-birini sevir, amma ailə və cəmiyyət onların birləşməsinə imkan vermir. Bu baxımdan əsər Şekspirin Romeo və Cülyetta əsəri ilə oxşar cizgiləri izləyirlər. Lakin şərq əsərləri Şekspirdə olmayan bir dərinliklə seçilir.

Burada xüsusilə maraqlı olan digər bir məqam da Şərq klassik ədəbiyyatının mövzusunun Qərb opera formasının imkanları ilə birləşməsidir.

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

4. Fiqaronun toyu

Əgər əvvəlki üç əsər sizi faciə və romantika ilə yükləyibsə, “Fiqaronun toyu” tamamilə başqa istiqamətə aparır.

Pyer Bomarşenin məşhur komediyası üzərində qurulan, Volfqanq Amadeus Mozart və Lorenzo Da Pontenin adaptasiya etdiyi opera əsərində Fiqaro və Syuzannanın evliliyə hazırlaşması ətrafında münasibətlər, gizli planlar, yalanlar və sosial fərqlər bir-birinə qarışır.

Əsərin gücü zarafatlarla kifayətlənmir. Bomarşe aristokratiyanı, imtiyazları və sosial iyerarxiyanı da satirik şəkildə hədəfə alır. Sürətli dialoqlar, yanlış anlaşılmalar və personajların bir-birinin planını pozması komediyanı kitabdan daha canlı edir.

Yaxşı komediyanın necə qurulduğunu görmək üçün bu əsərə tamaşa etməyə dəyər.

Ömrünüzdə azı bir dəfə görməli olduğunuz 5 tamaşa

5. Arşın mal alan

Siyahının sonuncusunu seçmək çətin deyildi.

“Arşın mal alan” Azərbaycan teatrının və musiqili səhnəsinin ən tanınan əsərlərindən biridir. Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı operetta sevgi, evlilik, ailə və sosial ənənələr ətrafında qurulsa da, əsərin yumoru bu gün də öz canlılığını qoruyur.

Əsgərin evlənmək üçün özünü “arşın malçı” kimi göstərməsi ilə başlayan hadisələr sadə bir komediya süjetindən daha çox şeyə çevrilir. Əsər dövrün evlilik və ailə ənənələrinə də yumorla baxır.

Mahnılar, dialoqlar, aktyor oyunu və səhnə hərəkətləri birlikdə əsərə tamam başqa enerji qazandırırlar. Bu əsər Azərbaycan teatrının klassikləri arasında xüsusi yer tutur.

Beş tamaşa, beş fərqli teatr təcrübəsi

Bu beş əsəri bir siyahıda birləşdirən əsas şey onların yalnız “klassik əsər” olması deyil. “Notre Dame de Paris” sizi faciə və böyük səhnə atmosferi ilə tanış edir.“Hamlet” insanın daxili mübarizəsini ön plana çıxarır.“Leyli və Məcnun” Azərbaycan musiqi ənənəsini opera ilə birləşdirir.“Fiqaronun toyu” sürətli komediya və satiranın başlıca nümunələrindəndir.“Arşın mal alan” isə Azərbaycan musiqili teatrının özünəməxsusluğunu göstərir.

Ən maraqlısı odur ki, pərdə açıldıqda bu əsərlərin niyə əsrlərdir yaşadığını özünüz görə biləcəksiniz.

Bakuvian Style

Bakuvian Style Ailəsinə Qoşulun

Yeni hekayələr və seçilmiş məqalələr birbaşa ekranlarınızda. Şəhərin ritmini, üslubunu və maraqlı ideyaları izləmək üçün bizə qoşulun.

Ətraflı
Bakuvian Style

Hara gedək? Kimi tanıyaq? Necə yaşayaq?

Ödənişsiz bülletenimizə abunə olun.

Bakuvian Style

Bakının müasir centlmeni üçün üslub, mədəniyyət, saatlar, avtomobillər və yaxşı yaşam barədə elektron jurnal.

Bülleten

Bölmələr

  • Son xəbərlər
  • Biznes

Tərz

  • Geyim
  • Kostyum
  • Özünə qulluq
  • Saatlar
  • Ətirlər

Nəqliyyat

  • Avtomobil
  • Motosiklet

Mədəniyyət

  • Film
  • Memarlıq
  • Şəxsiyyətlər
  • İncəsənət
  • Kitab və Musiqi

Həyat Tərzi

  • Münasibətlər
  • Etiket
  • Səyahət
  • Qastronomiya
  • İdman

© 2026 Bakuvian Style. Bütün hüquqlar qorunur.

Çərşənbə, 30 sentyabr 2026
Bakuvian StyleBakuvian Style
  • Son xəbərlər
  • Biznes
  • Tərz
  • Nəqliyyat
  • Mədəniyyət
  • Həyat Tərzi