Payız sadəcə havaların dəyişdiyi mövsüm deyil. Şəhərin ritmi dəyişir, axşamlar uzanır və gündəlik həyat daha sakit bir rəngə boyanır (sözün hər iki mənasında). Məhz bu kiçik dəyişikliklər payızı ilin ən rahat mövsümlərindən birinə çevirir:
1. Yumşaq teksturalar. Trikotaj sviterlər, yun palto və şərflər həm soyuqdan qoruyur, həm də isti rəngləri ilə payızla ahəng təşkil edir.

1. İsti içkilər. İstər günə başlayarkən, istərsə də axşam, yorğunluğunuzu çıxarmaq istədikdə isti bir çay, kakao və ya qəhvə öz ətri ilə evinizi payızın rənglərinə boyaya bilər.
2. İşıq. Axşamlar yumşaq, isti işıqlandırma məkanı daha sakit və rahat göstərir. Bunun üçün bir neçə şam və ya düzgün seçilmiş stolüstü lampa kifayətdir.

3. Sakit axşamlar. Yaxşı kitab, musiqi və ya sadəcə günün sonunda telefondan uzaq bir neçə saat — payızın əsl rahatlığı bəzən belə hiss edilir.

4. Payız ətirləri. Payızı səciyyələndirən notlara sahib ətirlər mövsümün atmosferini tamamlayaraq daha dərin və xarakterli təsir yaradır.

5. Uzun gəzintilər. Sərin hava şəhəri başqa cür hiss etməyə imkan verir. Tələsmədən gəzmək üçün ən yaxşı mövsümlərdən biri payızdır.
Nəticədə, payızı xüsusiyyəti böyük dəyişikliklərdə deyil, mövsümün gətirdiyi ruhiyyəyə diqqət yetirmək lazımdır.

